Xəbərlər 18.01.2024 12:27 1487

“Ekoleks dövri iqtisadiyyata keçid üzrə araşdırmalar aparıb, ölkəmiz üçün modellər təklif edib” – QHT sədri

“Ekoleks ekoloji hüquq mərkəzi ətraf mühitin vəziyyətinin və ətraf mühitə təsir edən siyasət və qərar layihələrinin təsirini qiymətləndirir və qərar qəbul edən şəxslər üçün tövsiyələr hazırlayır. Mərkəz qərar qəbul edən şəxslər, vətənfdaş cəmiyyəti təşkilatları üçün ekoloji qərarların qəbul edilməsi məsələləri üzrə təlimlər keçirir və yol xəritələri, vəsaitlər təlim proqramları hazırlayır”.

Bu sözləri QHT.az –a açıqlama verən Ekoleks Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Sevil İsayeva bildirib. Onun sözlərinə görə, son 5 il ərzində Ekolekst ekoloji hüquq mərkəzi tullantıları idarə olunması, yeni modellərin araşdırılması və tətbiqi, plastik qablaşdırmaların, digər plastik tullantıların idarəolunması, ətraf mühitə təsirinin azaldılması üzrə layihələr həyata keçirir: “Təşkilatımız sahibkarlar assosiasiyaları üçün müxtəlif ətraf mühit strategiyaları, təsirlərin azaldılması üzrə standartlar hazırlayır, xüsusən Azərbaycan üçün İstehsalçının genişləndirilmiş məsuliyyəti prinsipləri hazırlamış və onun tətbiqi üzrə fəaliyyətlər həyata keçirir. Ekoleks dövri iqtisadiyyata keçid üzrə araşdırmalar aparıb və Azərbaycan üçün modellər təklif edib”.

Qeyd edək ki, Ekoleks ekoloji hüquq mərkəzi 1999- cu ildə yaradılmış və 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Ekoleks ekoloji hüquq və ekoloji siyasət sahəsində fəaliyyət göstərir ki, bu fəaliyyəti bütün ekoloji sektorları, o cümlədən iqtisadiyyatın ətraf mühitlə bağlı sektorlararası sahələrini əhatə edir. Ekoleks ekoloji hüquq mərkəzi ətraf mühitə təsir edən iqtisadiyyat sahələrinin ətraf mühitə təsirini azaltmaq üzrə siyasət sənədləri normativ hüquqi aktlar hazırlayır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı