Xəbərlər 15.01.2024 11:24 1921

Kənd təsərrüfatında dividend gəlirləri artıq 2028-ci ilədək vergidən azad olundu

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan, o cümlədən sənaye üsulu ilə rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu il yanvarın 1-dən etibarən 4 il müddətinə vergidən azad edilib. Bu güzəşt kənd təsərrüfatının inkişafı baxımından vacib addımdır.

QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, bu sahədə çalışan fiziki şəxs 2024-cü ilin nəticələrinə əsasən yaranan mənfəət üzrə 30 000 manat dividend elan edirsə bu zaman hüquqi şəxsin təsisçisi olan fiziki şəxsə dividendi əldə edərkən ödəmə mənbəyində vergi hesablanmayacaq: "Yeni dəyişikliklər ilə bu gəlirlər üzrə azadolma müddəti uzadılıb. Dəyər zəngirinə uyğun olaraq kənd təsərrüfatında vergi güzəştlərinin dairəsinin genişləndirilməsi vacib məsələlərdəndir. Növbəti illərdə bu sektorda vergi güzəştləri mexanizminin daha da təkmilləşdirilməsi və genişləndirilməsi gözlənilir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı