Xəbərlər 23.04.2024 16:54 3751

Ramil iskəndərli Qərbi Azərbaycanlıların qayıdışı məsələsini ATƏT Konsfransında qaldırdı

Aprel ayının 23-də ATƏT-in İnsan Hüquqları və Demokratik İnstitutlari Bürosunun Avstriyanın paytaxtı Vyana şəhərində təşkil etdiyi İnsan Ölçüsü Konfransının ikinci günündə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli çıxış etmişdir. O, “Münaqişələr və humanitar fəlakətlər zamanı əhalinin hüquqlarının qorunmasında QHT-lərin rolu” mövzusunda çıxış etmişdir. 

QHT.az xəbər verir ki, Ramil İskəndərli öz çıxışında söyləyib ki, vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) münaqişələr zamanı irqi və etnik ayrı-seçkilik, qaçqınların/məcburi köçkünlərin geri qayıtma hüququnun rədd edilməsi ilə bağlı Beynəlxalq İnsan Haqları Hüququ və Beynəlxalq Humanitar Hüquqa əsasən effektiv monitorinq və müdafiənin təmin edilməsində oyandığı rolu bir sıra strateji, logistik və hüquqi mülahizələri əhatə edir: “20-ci əsrin ikinci yarısında Ermənistanda yaşayan etnik azərbaycanlılara qarşı aparılan sistemli etnik təmizləmə kampaniyası nəticəsində 300 min azərbaycanlı öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdır. Sizin, bu məsələni daha yaxşı başa düşmək üçün qeyd etmək istəyirəm ki, azərbaycanlılar əvvəllər Ermənistanda ən böyük etnik azlıq idi və o zaman əhalinin təxminən 10%-ni təşkil edirdi. Hazırda Ermənistan ərazisində azərbaycanlı qalmayıb. 1992-ci ilə qədər davam edən bu kampaniya 261 nəfərin ölümünə səbəb olub. Bu, Ermənistanın ən böyük etnik azlığının tamamilə məhv edilməsi, o cümlədən onların əmlaklarının geniş şəkildə məhv edilməsi və tarixi, mədəni və dini abidələrinin məhv edilməsi ilə nəticələndi”.

QHT sədri həmçinin qeyd edib ki, bu ayrı-seçkilik siyasəti bu gün də davam edir, “Azərbaycanlılarsız Ermənistan” şüarı demək olar ki, Ermənistanda təşkil olunan hər bir etiraz aksiyasında çox yayılmışdır: “Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları, o cümlədən bu gün təmsil etdiyim qurum bu tendensiyadan son dərəcə narahatdır. Ermənistanla Azərbaycan arasında 30 ildən artıq davam edən münaqişənin şahidi olan Azərbaycan cəmiyyəti Ermənistanla davamlı sülhün tərəfdarıdır. Və bu davamlı sülhün zəruri komponenti etnik azərbaycanlıların Ermənistan Respublikasındakı torpaqlarına qayıtması və Ermənistanda onların məhv edilmiş mədəni irsinin bərpası olmalıdır. Ermənilər və azərbaycanlılar birgə dinc yanaşı yaşamaqla əvvəlki münasibətlərini bərpa edə bilərlər”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı