Xəbərlər 30.11.2023 15:22 3609

"Bərabər vətəndaşlıq üçün yaşlıların təhsili" təşəbbüsü icra edilir - FOTOLAR

Yaşlıların Təhsili Konsultasiya Mərkəzi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə "Bərabər vətəndaşlıq üçün yaşlıların təhsili" təşəbbüsünü icra edir.

QHT.az xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi bu layihənin əsas məqsədi Lənkəran- Astara bölgəsinin kənd və ucqar rayonlarından olan qadınlar və kişilər dayanıqlı inkişaf, insan hüquqları, gender bərabərliyi, sülh və qeyri-zorakılıq mədəniyyətinin, qlobal vətəndaşlıq və mədəni müxtəlifliyin tanınmasının təşviqində fəal iştirak etməsidir. Layihə 30 aprel 2024-cü ilə qədər davam edəcəkdir. Layihə nəticəsində Lənkəran-Astara bölgəsinin yerli sakinləri, vətəndaş cəmiyyətinin nümayəndələri və digər fəal üzvləri  bərabər vətəndaşlıq sahəsində bilik və bacarıqlarını artıracaqlar. Layihənin əsas benefisiarları Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarında yaşayan kişilər və qadınlardır. İlkin olaraq layihə çərçivəsində noyabr ayı ərzində benefisiarlarla layihənin tədqiqatçı mütəxəssisi beynəlxalq ekspert Helga Melniklə fokus qrup görüşləri keçirilib. Fokus qrup görüşlərinin məqsədi benefisiarların təlim ehtiyaclarının müəyyənləşdirilməsidir.  Növbəti ay Lənkəran və Masallı şəhərlərində təqdimatların keçirilməsi planlaşdırılır.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı