Xəbərlər 28.11.2023 13:05 8896

“Xankəndi Universiteti əhali kimi məcburi köçkün həyatı yaşadı” – QHT sədri

Xankəndi şəhərində Qarabağ Universiteti yaradılır. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xankəndi MKD İctimai Birliyinin sədri Xatirə Vəliyeva QHT.az-a açıqlamasında bildirib ki, Qarabağ regionunda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. QHT sədri qeyd edib ki, məcburi köçkünlüyə məcbur qalaraq, onlar da Gəncəyə köçürüldülər: “Xankəndindən köçürülən məcburi köçkünlər kimi heç bir müəssisə yox, təhsil ocağımız Azərbaycan Pedaqoji İnstitutunun filialı Xankəndi Universiteti əhali kimi 3 dəfə məcburi köçkün həyatı yaşadı. Azərbaycan Pedaqoji İnstitutu bir müddət Gəncədə sonra Şuşada daha sonra Ağcəbədidə fəaliyyətini davam elətdirib. Sonra filial olaraq ləğv edildi, Ağcəbədi Pedaqoji Universiteti statusu aldı. Bu günə kimi fəaliyyət göstərir”. 
QHT sədri həmçinin qeyd edib ki, ermənilər Azərbaycan Pedaqoji İnstitutunu Universitetə çevirərək, orada fəaliyyət göstərdilər, fakültələrini artırdılar: “Bizim dövrümüzdə həmin İnstitutun 4 fakültəsi var idi. Metodika, Tarix, Riyaziyyat, Dil- Ədəbiyyat fakültələri Azərbaycan və rus və erməni dillərində tədris olunurdu. Əyani və qiyabi şöbələri var idi. Bizim dövrümüzdə əyani şöbəyə bir fakültəyə 25 nəfər qəbul olunurdu. Müəllimlər hal-hazırda BDU, UNEC və başqa Universitetlərdə dərs deyirlər”. 
Qeyd edək ki, dekabr ayında Xankəndi Universitetini bitirən məzun və müəllimlərlə görüş təşkil olunacaq.

 


Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı