Xəbərlər 24.11.2023 10:53 1750

Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mazut və yağ çəlləklərində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mazut və yağ çəlləklərində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, müəssisə ərazisində həcmi 10 ton olan çəndə əmələ gələn texniki qüsur nəticəsində təxminən 100m² sahədə əraziyə dağılan 2 ton mazut və hər birinin həcmi 100 litr olan 3 ədəd istifadəyə yararsız yağla dolu çəlləklər yanır.

 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Ərazidə olan sexlər və digər tikililər yanğından mühafizə olunub.

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı