Xəbərlər 20.11.2023 16:17 2546

“Bu, Dövlət Gömrük Komitəsində vacib olan rəqəmsallaşmanın geniş və səmərəli tətbiqini göstərir”-  REKTOR / FOTOLAR

“Bu gün Dövlət Gömrük Komitəsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gülüstan sarayında təşkil etdiyi "Gömrük-Biznes Forumu 2023"-də iştirak etdik”.

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, “Gömrük İNKİŞAF Modeli”, Transxəzər gömrük tranzit portalı, Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi, Səlahiyyətli İqtisadi Operator proqramı, “Smart-Bot” mobil tətbiqinin təqdimatı Dövlət Gömrük Komitəsində vacib olan rəqəmsallaşmanın geniş və səmərəli tətbiqini göstərir: “Təqdimatları edən müasir düşüncəli komanda gömrük fəliyyətinin perspektivlərinə optimist baxmağa əsas verir. Uğurlu Forum münasibətilə təşkilatçıları təbrik və dəvətə görə təşəkkür edirəm”.

Qeyd edək ki, tədbir çərçivəsində gömrük işinin təşkili sahəsində işgüzar və səmərəli fəaliyyət göstərən şirkətlərə “Dəstək” və “Əməkdaşlıq” nominasiyaları üzrə təşəkkürnamələr təqdim edilib. Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrə dair panel müzakirələr olub.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı