Xəbərlər 20.11.2023 10:43 2021

Ulu Öndərin 100 illiyi ilə əlaqədar tədbir keçirilib

Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlər davam etdirilir.

Ulu Öndərin 100 illiyi ilə əlaqədar "N" hərbi hissəsində “Heydər Əliyev müstəqilliyimizin və milli dövlətçiliyimizin banisidir” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsinə ehtiram nümayiş etdirilib.

Hərbi qulluqçular, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, məktəblilər və digər qonaqların iştirakı ilə keçirilən tədbirdən öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Ümummilli Liderin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Sonra Ulu Öndərin şərəfli həyat yolundan və müstəsna xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib, şeirlər oxunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı