Xəbərlər 31.10.2023 10:00 1807

Ermənilərin Xankəndidə məhv etdikləri tarixi mədəniyyət abidələrimiz: Xüsusilə məscidləri dağıdıblar - VİDEO

İşğal dövründə 2 645 tarixi mədəniyyət abidəmiz erməni vandallığına məruz qalıb. Daha çox islam dövrü abidələrimiz ermənilər tərəfindən birmənalı olaraq dağıdılıb. Alban dövrünə aid tarixi abidələrimizi isə məhv edib saxtalaşdırmaq istəyiblər.

 

“Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İB-nin sədri Faiq İsmayılov “İTV Xəbər”ə bildirib ki, 1920-ci ilə qədər Xankəndi şəhərində bir nəfər də olsun erməni yaşamayıb:

 

“Xankəndi şəhərinin özündə 37 məhəllə olmuşdu, bu məhəllələrin 15-i əsas məhəllə sayılırdı. 15 məhəllənin hər birində Şuşa şəhərindəki kimi, məhəllə məscidləri vardı. Təkcə Xankəndi şəhərində 17-dən çox türbəmiz olub. Faktiki olaraq onlardan biri də bu günə kimi qalmayıb. Ermənilər tərəfindən dağıdılıb.

 

Ümumilikdə götürəndə Xankəndi şəhərində 80-dən çox tarix-mədəniyyət abidələrimiz var”.

 

Ermənilər ərazilərimizdə qeyri-qanuni arxeoloji qazıntılar aparmaqla sanki “xəzinə” axtarıblar.

 

Ətraflı süjeti təqdim edirik:

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı