Xəbərlər 23.10.2023 11:39 2667

“Azərbaycan ermənilərin hərbi məqsədlər üçün istifadə etdiyi mülki obyektləri məhv etmədi” – QHT sədri

“Əgər mülki obyekt, yəni yaşayış binası, xəstəxana, məktəb və s. düşmən tərəfindən qarşı tərəfdən müdafiə və ya atəş məqsədi, istənilən hərbi məqsəd üçün istifadə olunursa bu zaman həmin obyekt legitim hədəfə çevrilir. Əks tərəfin həmin obyekti sıradan çıxarması müharibə cinayəti sayılmır”.

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. QHT sədri qeyd edib ki, bu bizim ordunun ərazilərimizi azad etmək istiqamətindəki hərbi əməliyyatlarına və ya antiterror tədbirini uğurla başa çatdırmağa ciddi mane olurd: “Bütün bunlara baxmayaraq, Azərbaycan nə 44 günlük müharibədə, nə də 23 saatlıq antitteror tədbiri zamanı ermənilərin hərbi məqsədlər üçün istifadə etdiyi mülki obyektləri məhv etmədi”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı