Xəbərlər 23.10.2023 00:18 5729

Yeni qaydalar imkan verəcək ki, ayrılan vəsait daha səmərəli və effektiv şəkildə istifadə olunsun - Müşahidə Şurasının üzvü

Son zamanlar sosiaıl mediada QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il qrant müsabiqəsi elanı ətrafında ziddiyətli fikirlərə rast gəlinir. Əslində bəzi məqamları nəzərə almaqsaq bunu normal hesab etmək olar.

Bu fikiləri QHT.az-a açıqlamasında Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildirib.

 

Müşahidə Şurasının üzvü qeyd edib ki, 2021-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması bu sahədə yeniləşmənin, dəyişmənin və yeni siyasətin formalaşacağından xəbər verirdi.

"Hər bir yenilik və dəyişiklik isə mütləq müqavimətə rast gəlir. Dəyişiklik nəzəriyyələrinə görə bu müqavimət və fikir ayrılıqları normaldır, müqaviməti azaltmaq və konsesusa gəlmək üçün isə müzakirələrə ehtiyac vardır. Nazirlər Kabinetinin 327 saylı qərarı ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant müsabiqələrin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi təsdiqləndi.

Əslində 2021-ci ildən hazırlığı başlayan bu qaydaların bütün maraqlı tərəflərlə müzakirəsi və bu ilin sentyabrda təsdiqi bu sahədə islahatların nə qədər ciddi olacağından xəbər verir. Bu qaydalar imkan verəcək ki, bu sahəyə ayrılan vəsait daha səmərəli və effektiv şəkildə istifadə olunsun. Bu qaydalar və mövcud reallıqlar isə qrantların verilməsində yeni yanaşmanın, çevikliyin və səmərələliyin vacibliyini tələb edir.

 

 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il qrant müsabiqəsinin mövzuları və şərtləri bu tələbləri nəzərə alaraq tərtib olunub, müzakirə edilib və müzakirəsidə müxtəlif formalarda, o cümlədən infosesiyalar vasitəsilə davam edir. Yeni yanaşmanın tədbiqi isə həmişə suallar və təkliflərlə sınaqdan çıxarılır, təkmilləşir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının bir üzvü kimi əminəm ki, QHT-in və bu sahədə çalışan ekspertlərin verdiyi heç bir təklif kənarda qalmayacaq, daha səmərəli və günün tələblərinə cavab verən təkliflər nəzərə alınacaq, prosedurlar və yanaşmalar təkmilləşəcək."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı