Xəbərlər 28.09.2023 10:13 1301

30 il əvvəl Xocavənddə itkin düşmüş şəxsin nəşi ailəsinə təhvil verilib -FOTO

Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Edilli kəndində itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış Cahid Şəfa oğlu Nağıyevin nəşi ailəsinə təhvil verilib.

 

QHT.az  “Report”-a istinadən xəbər verir ki, hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Bakının Nərimanov rayonundakı evinə aparılır.

 

Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.

 

O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində torpağa tapşırılacaq.

 

Qeyd edək ki, C.Nağıyev 1993-cü il avqustun 8-də Füzuli rayonunda, Murquzlu dağı, Üçtəpə yüksəkliyi ərazisində itkin düşüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı