Xəbərlər 23.09.2023 17:13 1834

BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində “Yevlax KOB evi”ndə Biznes Təlimləri keçirilib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icra etdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Kiçik-Orta Biznesin İnkişafı Agentliyinin Yevlax Aran Regional İnkişaf Mərkəzində “Biznes Plan” və “Sahibkarlığa giriş” mövzularında təlimlər keçirilib. 


Təlimlərdə ümumilikdə 50 nəfər (29 kişi, 21 qadın) iştirak etmişdir ki, onlardan 30 nəfəri hədəf icmalardan qeyd edilən layihənin “Usta Yanında Şagird Hazırlığı” komponentinə seçilmiş məcburi köçkün ailələrindən olan gənclər və 20 nəfəri isə fərdi sahibkarlardır. Keçirilən təlimlərdə iştirakçılar sahibkarlıqla bağlı ilkin bacarıqlar, biznes, biznes ideyanın müəyyən olunması və qiymətləndirilməsi, biznesin növləri, biznes plan anlayışı istiqamətində məlumatlandırılmış və qrup işlərinə cəlb edilmişdir.


Cari ilin fevral ayından icra edilən “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin başlıca məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinə daha yaxşı hazır olmaq üçün potensialı gücləndirməkdir.


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı