Xəbərlər 14.09.2023 16:00 2848

Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi… Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətindən (sentyabr, 2021-ci il)
2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq. Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.
Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başlayır. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları, terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 30 ildən sonra sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

 

Qeyd edək ki, postmüharibə zamanında qalib Azərbaycan cəmiyyətinin daha çox maariflənməsinə, yeni bilgilər, informasiyalarla təmin olunmasına böyük ehtiyac var. Cəbhədə qalib gəldiyimiz kimi, informasiya müharibəsində də qələbə qazanmağa davam etməliyik. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra yeniyetmə və gənclərimiz arasında Vətən müharibəsi qələbəsini təbliğ etməliyik. Gənc nəsil 2020-ci ildə 44 günlük müharibədə təkcə qələbəmizdən deyil, hakimiyyət-ordu-xalq birliyi və vəhdətindən də bilgilənməlidir. Dövlətimizin, xalqımızın, ordumuzun yenilməzliyi, cəsurluğu ilə fəxr etməlidir.
Elə bu məqsədlə də "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası” adlı layihəsini həyata keçirir. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası” adlı layihəsini həyata keçirir.

 

Layihənin rəhbəri Könül Quliyeva verdiyi açıqlamasında deyib ki, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın “dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir:
"Bu gün hər birimiz böyük fəxr hissi ilə qeyd edirik ki, günbəgün güclənən, qüdrətlənən, dünya birliyində layiqli yer tutan Azərbaycan qürür mənbəyimizdir. Bu uğurlarımızı önə çəkərkən, təbii ki, onların böyük səylərin, qətiyyətin sayəsində qazanıldığını unutmamalıyıq. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Gənclərin Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövrdən keçməsindən xəbəri yoxdur. Bunun üçün onları düzgün məlumatlandırmaq, tariximiz barədə aydın təsəvvür yaratmaq əsas tələblərdəndir. Müharibə şəraitində yaşayan bir ölkədə vətənpərvər ruhlu gənclərin yetişdirilməsi vacibdir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında gənclərin milli ruhda tərbiyəsinin prioritet xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan Veteranlar Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması hər dövrün tələblərinə uyğun addımların atılmasına yol açır. Yeniyetmə və gənclər arasında Vətən müharibəsində əldə edilən qələbə ilə yanaşı hakimiyyət-ordu-xalq birliyi və vəhdətini, əsgərlərimizin cəsurluğunu təbliğ etmək borcumuzdur. Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümdür. Cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafı, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə həmişə aktual olmalıdır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanması vacibdir. Gənc nəsil vətənpərvər olmalı, millətini, torpağını, dövlətini, dövlətçiliyini qoruyub saxlamağı bacarmalıdır. Onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Layihəmizin əsas məqsədi yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsini təbliğ etməkdir.
Bunun üçün QHT layihə mövzusu ilə bağlı 5 yazı hazırlaylb və hər birini 5 yerli internet resursunda (ümumi 25 yazı) ictimailəşdirir, sosial çarxlar da hazırlamağı planlaşdırılıb. Bu da layihənin daha geniş auditoriyanı əhatə edəcəyi deməkdir. İdeoloji təbliğat günün tələblərinə cavab verən vasitədir. Bununla yanaşı saytlarda dərc olunan yazılar və hazırlanacaq sosial çarx digər sosial şəbəkələrdə də paylaşılacaq ki, bu da geniş oxucu kütləsinin maraq və diqqətinə səbəb olacaq".

Cavid

 
 
 
 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı