“Xalq” qəzetində “Hüquq və insan haqları virtual kitabxanası” haqqında məqalə dərc olunub
“Xalq” qəzetinin 193(30309) saylı, 8 sentyabr 2023-cü il buraxılışında “Ulu öndərə həsr olunmuş virtual kitabxana” adlı məqalə dərc olunub.
QHT.az xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yaradılan “Hüquq və insan haqları virtual kitabxanası”nın 4 ay ərzində geniş oxucu kütləsi toplayaraq hüquqşünasların və cəmiyyətin digər ziyalı təbəqəsinin böyük marağına səbəb olması qeyd olunur.
Bundan başqa, kitabxanada yer alan kitabların və vəsaitlərin sayının artıq 243-ə çatması və bu sistemə 31 mindən çox girişin olması təqdirəlayiq hal olaraq diqqətə çatdırılır. Ən çox yüklənən 5 kitab “Cinayət hüququ”, “Kommersiya (sahibkarlıq) hüququ”, “Ailə hüququ” mövzularındadır və aktual olaraq qalmaqdadır. “Hüquq və insan haqları virtual kitabxanası”nın bundan sonrakı fəaliyyəti digər hüquqi mövzularda da yüklənmələrin fəallaşmasını zəruri edir.
Pərvanə Fərhadqızı