Xəbərlər 08.06.2023 10:33 1636

Havayda Kilauea vulkanı aktivləşir - ÖZƏL

Kilauea vulkanı Havay adasını təşkil edən 5 vulkandan biridir. Dünyadakı planetin ən aktivlərindən biri olduğu bilinir. Adı Hawaiian dilindən gəlir və "atmaq" və ya "tüpürmək" deməkdir. Bu ad, ömrü boyu daha çox lav və qaz atan vulkanlardan biri olması ilə əlaqədardır. 
 

QHT.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) Havay Vulkan Rəsədxanasının Kilauea zirvəsinin kamera görüntülərində püskürmənin başladığını göstərən bir parıltı aşkar etdiyini bildirdi.
 

Lava axınının püskürmənin başladığı Halemaumau kraterində əmələ gələn çatlardan müəyyən edildiyini bildirən USGS, vulkandakı fəaliyyətin yalnız Halemaumauda olduğunu və təhlükənin püskürmənin gedişatına uyğun olaraq yenidən qiymətləndiriləcəyini bildirib.
 

Qeyd edək ki, Kilauea dağının ən güclü püskürməsi 2018-ci ildə baş vermiş Punadır. 17 may 2018-ci il tarixində baş verən bu hadisə 9144 metr hündürlüyündə partlayışla tarixdə nadir təbiət hadisəsinin yaranmasına səbəb oldu. Püskürmə həm də ərazidəki Havay Vulkanları Milli Parkını aylarla bağlı saxladı. 2018-ci ildə baş verən püskürmə bölgədəki ən böyük təbii şirin su gölünü məhv etdi. 


Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı