Xəbərlər 18.03.2023 13:05 4658

Layihə tədbirləri uğurla davam edir

“Yeni Fikir” JHİB-nin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə təşəbbüsləri” layihəsinun tədbirləri uğurla davam edir. İndiyədək layihə çərçivəsində keçirilən maarifləndirici tədbirlərdə 80-ə yaxın müharibə iştirakçısı, qazilər və şəhid ailələri iştirak etmişlər. Layhənin növbəti tədbiri Balakən şəhərində, Gənclər evində baş tutdu. Tədbir təbii ki, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Layihənin məram və məqsədi ilə iştirakçıları tanış edən layihə rəhbəri eyni zamanda qonaqları da təqdim etdi. Əslində onlar Balakən rayon İcra Hakimiyyətini təmsil etsələr də eyni zamanda 44 günlük Vətən müharibəsinin iştirakçıları, veteranlardır. Balakən rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi Hacı Muradov və Müharibə və Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Şamil Nuriyev cəmi bir-neçə aydır ki, bu vəzifələrə təyin olunublar.

Layihə tədbirləri davam etdikcə belə maarifləndirici tədbirlərə necə böyük ehtiyac olduğunu daha aydın hiss edirik. Təbii ki, deyilən təklifləri layihənin sonunda daha ətraflı sistemləşdirəcək və müvafiq qurumlara təqdim edəcəyik.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı