Xəbərlər 17.03.2023 20:47 1482

AZAL Azərbaycan və Bəhreyni birləşdirəcək

İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.

 

QHT. az bildirir ki,  AZAL-dan verilən məlumata görə, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də olacaq.

 

İlkin olaraq, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək.

 

İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq. Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan, Fars körfəzində yerləşən ada ölkəsidir.

 

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz.

 

Biletləri, həmçinin, AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı