Xəbərlər 07.03.2023 19:00 1666

Gürcüstan Prezidenti QHT-lərlə bağlı yeni qanun layihəsinə etiraz etdi

QHT. az  Az.shafaqna.com-a istinadən  xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Qadınların Vəziyyəti Komissiyasının 67-ci sessiyasında çıxışı zamanı ölkəsində QHT-lərlə bağlı yeni qanun layihəsindən danışıb.

 

O bu qanun layihəsini tənqid edərək deyib: “Qeyri-hökumət təşkilatlarının azadlığını məhdudlaşdıran bəzi qrupların təqdim etdiyi qanun layihəsi cəmiyyətimizin demokratik transformasiyası, gender ayrı-seçkiliyinin aradan qaldırılması və Avropaya inteqrasiya yolumuz üçün son dərəcə zərərli olacaq.”

 

Gürcüstan prezidenti çıxışının davamında “İndilərdə vətəndaş cəmiyyətinin roluna şamil edilmiş və həqiqətən onun transformasiya funksiyası nöqteyi-nəzərdən qadınların səsinin daha yaxşı eşidilməsi üçün olduqca vacib olan daha bir çağırış ortaya çıxdı.”, -deyə bildirib.

 

Qanun layihəsinin demokratiyaya zidd olduğunu da önə çəkən Zurabişvili sonra deyib: “Bu baxımdan mənim ölkəmdə bəzi qruplar tərəfindən təqdim edilən, qeyri-hökumət təşkilatlarının azadlığını məhdudlaşdıran [və, demək lazımdır ki, əsas payın qadın fəallara məxsus olduğu] qanun layihəsi cəmiyyətimizin demokratik transformasiyası, gender ayrı-seçkiliyinin aradan qaldırılması və real olaraq Avropaya inteqrasiya yolumuz üçün son dərəcə zərərli olacaq.

 

Bundan irəli gələrək, mən artıq bu qanun layihəsinə qəti etirazımı bildirmişəm və fürsətdən istifadə edərək burada da öz mövqeyimi ifadə edirəm”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı