Xəbərlər 07.03.2023 00:14 2893

QHT-lər qanun layihəsinə etiraz edirlər

Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının ətrafında etiraz aksiyası keçirilib.

Qanunverici orqanın girişinə toplanan vətəndaş cəmiyyəti nümayəndələri, eləcədə də media əməkdaşları və vətəndaşlar parlamentdə müzakirə edilən “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinə etiraz ediblər.


Aksiyaçılar “xarici agentlər” haqqında qanun layihəsinin “rus qanunu” olduğunu və onun Gürcüstanda söz və mətbuat azadlığını məhdudlaşdıracağını, ölkənin Avro-Atlantik inteqrasiyasını ləngidəcəyini bildiriblər.

Qanun layihəsinə etiraz edənlər arasında Gürcüstanın QHT sektorunda fəaliyyət göstərən azərbaycanlılar da var.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan isə Gürcüstan parlamentini qanun layihəsini qəbul etməməyə çağırıb və onun Gürcüstanın maraqlarına cavab vermədiyini bildirib.

Qeyd edək ki, fevralın 14-də “Xalqın gücü” ictimai hərəkatından olan deputatlar tərəfindən Gürcüstan parlamentinə təqdim edilmiş “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. ABŞ, Avropa İttifaqı, BMT və Gürcüstanın bir sıra beynəlxalq tərəfdaşları qanun layihəsini tənqid ediblər.


 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı