Xəbərlər 03.03.2023 16:54 1593

Malayziyada daşqınlar nəticəsində ölənlərin sayı artır - ÖZƏL

Malayziyanın müxtəlif bölgələrində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 3-ə yüksəlib. 35 min insan evlərini tərk etmək məcburiyyətində qaldı.

QHT.az xəbər verir ki, Ölkənin müxtəlif bölgələrində, xüsusilə Malayziyanın Cohor, Pahang, Negeri Sembilan və Melaka bölgələrində həftənin əvvəlindən yağan leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələri balansı daha da pisləşdirib. Malayziya Milli Fəlakət İdarəetmə Agentliyinin (NADMA) verdiyi açıqlamaya görə, həyatını itirənlərin sayı 3-ə yüksəlib. Bildirilib ki, ölkənin müxtəlif bölgələrində yaradılmış 128 təcili yardım mərkəzinə 35 minə yaxın insan təxliyə edilib.

Malayziyanın Meteorologiya Departamenti xəbərdarlıq edib ki, güclü musson yağışları bazar günü gecəyə qədər ölkənin müxtəlif bölgələrinə təsirini davam etdirəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı