Xəbərlər 23.02.2023 10:50 3599

Ağalı kəndinin ilk körpəsi  “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb - AÇIQLAMA

Ağalı kəndinin ilk körpəsi  “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb.

Bu barədə QHT.az-a Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova  məlumat verib.

"Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəldi. Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra 15.02.2023-cü ildə anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən Ədliyyə Nazirliyinin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınmış və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunmuşdur."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı