Xəbərlər 27.01.2023 15:48 1492

QHT Agentliyində Finlandiyanın səyyar səfiri ilə görüş keçirilib - FOTO

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı səyyar səfiri Kristi Narinenlə görüş baş tutub. 
 

QHT.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Samir Məmmədov, Agentliyin icraçı direktoru Aygün Əliyeva,  Finlandiya Respublikasının Azərbaycanda Respublikasındakı səyyar səfiri Kristi Narinen, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova, Agentliyin icraçı direktorun müavini Emil Çaparlı, Agentliyinin beynəlxalq məsələlər üzrə məsul əməkdaşı Toğrul Məmmədli və səfirliyin attaşesi Terhi Hakala iştirak edib. 


Görüşdə Agentliyin fəaliyyəti haqqında məlumat verilib və daha sonra Səfirliyin dəstəyi ilə əvvəlki dövrdə Azərbaycanda icra olunan layihələr haqqında, Səfirliyin Azərbaycanda QHT-lərlə birgə fəaliyyəti-xüsusilə təhsil, həssas qruplarla iş, iqtisadi-sosial, milli azlıqlar, regionların inkişafı, idman, media savadlılığının artırılması, o cümlədən, Finlandiya və Azərbaycanda arasında mövcud olan münasibətlər və Vətəndaş Cəmiyyəti sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı