Xəbərlər 25.01.2023 22:50 1926

Şolz: “Leopard” tanklarının Ukraynaya göndərilməsi düzgün qərardır - ÖZƏL

Almaniya kansleri Olaf Şolz Bundestaqda verdiyi açıqlamada Almaniyanın Ukraynaya Leopard 2 tipli tanklar göndərəcəyini və tankların göndərilməsinin doğru qərar olduğunu bildirib.

QHT.az xəbər verir ki, Almaniyanın Ukraynaya “Leopard 2” döyüş tankları göndərəcəyi barədə açıqlamadan sonra Almaniya kansleri Olaf Şolz Bundestaqda deputatlara müraciət edərək onların suallarını cavablandırıb. Scholz çıxışında Almaniya iqtisadiyyatının Rusiya-Ukrayna müharibəsi səbəbiylə çətinliklərlə üzləşdiyini bildirib.

Ölkənin sərhədlərinin zorla dəyişdirilə bilməyəcəyini vurğulayan Şolz, “Ona görə də ortaqlarımızla əməkdaşlıqda Ukraynaya dəstək verməyimiz doğrudur” deyən hökumətinin əsas götürdüyü prinsipin bu olduğunu açıqlayıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı