Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova QHT.az -a özəl açıqlaması zamanı zorakılığa məruz qalan şəxslər üçün sosial xidmətlərin səmərəliliyini müzakirə edib. O, ölkədəki sığınacaqların tibbi müayinə, psixoloji dəstək və hüquqların müdafiəsi kimi xidmətlər göstərdiyini bildirib. QHT sədri sığınacaqların maliyyə dəstəyi və yeni sığınacaqların açılması üçün ehtiyac olduğunu vurğulayıb. "Nəticə ilə mübarizə aparırıq, amma səbəblərlə mübarizə aparmalıyıq," - deyə o qeyd edib.
Pərvanə Fərhadqızı






