Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlük yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək.

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar "TRT World”da dərc olunan “Qafqaz regionu: sülh və sabitlik üçün unikal imkan” sərlövhəli məqaləsində yazıb.

O xatırladıb ki, rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli sənədə əsasən kommunikasiya əlaqələrinin açılmasını qəbul edib:

“Qarşılıqlı olaraq, Zəngəzur və Laçın dəhlizinin açılması iki ölkə arasında sülhün və əməkdaşlığın təmin olunması istiqamətində mühüm addım olar”.