Siyasi şərhçi Zaur İbrahimli Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdəki siyasətini tənqid edərək, onun üçün ən düzgün yolun Bakı ilə əməkdaşlıq olduğunu vurğulayıb. QHT.az xəbər verir ki, Zaur İbrahimli, Paşinyanın Moskvadakı davranışlarını şərh edərək, Ermənistanın tarixi liderlərindən Karen Dəmirçiyan və Robert Köçəryan nümunələrini xatırladıb.
"Deyəsən, Paşinyan Moskvada özünü yaxşı aparır. Kremli görəndə yəqin ki, 1999-cu ildə Ermənistan parlamentində güllələnmiş spiker Karen Dəmirçiyanı da xatırlayır. Köçəryan olmaq istəməyən Paşinyan, Dəmirçiyan olmaq da istəmirsə, Bakının təkliflərini unutmaz," - deyə Zaur İbrahimli bildirib.
O qeyd edib ki, nə Azərbaycan, nə də Ermənistan xalqı Paşinyanın Köçəryan kimi təzimçi bir lider olmasını və ya Dəmirçiyan kimi faciəvi sonla üzləşməsini arzulayır. "Paşinyan, əgər salamat və öz mövqeyini qorumaq istəyirsə, bunun yeganə yolu Bakı ilə əməkdaşlıqdan keçir," - deyə siyasi şərhçi əlavə edib.
Zaur İbrahimli, Ermənistanın gələcək rifahı və regionda sülhün bərqərar olması üçün Bakı ilə konstruktiv dialoqun Paşinyanın və Ermənistanın siyasi xilas yolu olduğunu vurğulayıb.
Pərvanə Fərhadqızı
QHT.az






