Yaponiyanın Naqasaki əyaləti sahillərində 22 nəfərlik heyətlə yük gəmisinin batması nəticəsində 13 nəfər xilas edilib, 9 nəfərin axtarışları davam edir.
QHT.az xəbər verir ki, Yaponiyanın Naqasaki əyaləti sahillərində üzən Honq-Konq bayraqlı “Jintian” adlı 6551 tonluq yük gəmisi şiddətli fırtına səbəbindən yardım çağırıb.
Yaponiya Sahil Mühafizəsi Qüvvələrindən əldə edilən məlumata görə, 14-ü Çinli, 8-i Myanma heyəti də daxil olmaqla, ümumilikdə 22 ekipajı olan gəmi su götürdükdən qısa müddət sonra batıb.
Bildirilib ki, gəmini tərk etməyi bacaran ekipajdan 13-ü xilas edilib, 9 nəfərin axtarışları davam edir.












