61 yaşlı Maximo Napa 94 gün açıq dənizdə qaldıqdan sonra Ekvador gəmisi tərəfindən xilas edilib.

QHT.az xəbər verir ki, o, dənizdə tarakan, quş və tısbağa yeyərək sağ qaldığını bildirib. Napa dekabrın 7-də dənizə çıxıb, lakin pis hava və axınlar səbəbindən kursunu itirib. Şənbə günü xəstəxanadan buraxılan balıqçı, sağ qalmaq üçün ailəsindən güc aldığını deyib. "Atamın tapılması möcüzədir," – deyə qızı bildirib.

 

Pərvanə Fərhadqızı