Diqqət! Sabunçu rayonu, Maştağa qəsəbəsində 255 №li tam orta məktəbdə "Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsinin təqdimatını keçirmişdir.
24 Oktyabr 2022-ci il tarixində "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 255 № li tam orta məktəbdə "Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsinin təqdimatını keçirmişdir.
Layihənin təqdimatında pedaqoji heyəti ibtidai sınıf müəllimləri iştirak etmişlər. Layihənin rəhbəri N.Nəcəfov "Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək !" layihəsinin məqsəd və vəzifələrindən danışmış, müəllimlərin suallarına cavab vermişdir.












