Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda dəyərli qələm sahibi, yazıçı-publisist Lətifa Orucun "SİRLİ GEDİŞLƏR" və "OYUN DÖVRƏSİ" kitablarının təqdimat mərasimi keçirildi. Tədbirə ədəbiyyat və sənət dünyasından tanınmış simalar, yazıçılar, jurnalistlər və ədəbiyyatsevərlər qatıldı.
QHT.az xəbər verir ki, təqdimat mərasimində çıxış edənlər Lətifa Orucun əsərlərinin dərin məna və həyat fəlsəfəsi ilə seçildiyini vurğuladılar. Onun yeni kitabları ədəbiyyatımızda xüsusi yer tutacağı gözlənilir. "SİRLİ GEDİŞLƏR" kitabı oxuculara həyatın qaranlıq və gözlənilməz tərəflərini açarkən, "OYUN DÖVRƏSİ" isə insan təbiətinin müxtəlif təzahürlərini əks etdirən maraqlı bir əsər kimi təqdim olundu.
Yazıçı öz çıxışında oxucularına və tədbir iştirakçılarına təşəkkür edərək, yeni yaradıcılıq planları haqqında da məlumat verdi. Tədbir imza sessiyası ilə yekunlaşdı.










