"Bu gün Heydər Əliyev Mərkəzində öz işinə başlayacaq və 4 gün davam edəcək "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş UNEC-in VI İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransına hazırlıq işləri tamamlandı".
QHT.az xəbər verir ki, bu sözləri UNEC rektoru professor Ədalət Muradov bildirib.
Qeyd edək ki, mayın 26-nadək davam edəcək konfransda 38 ölkədən, 83 universitet və tədqiqat qurumundan 374 tədqiqatçı iştirak edəcək və 42 sessiyada 245 tədqiqat işi məruzə olunacaq.










