ADA Universiteti, ADA Universitetinin Qazax Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda region məktəbliləri üçün keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi başa çatıb.

QHT.az xəbər verir ki, 8-12 iyul tarixlərini əhatə edən düşərgə çərçivəsində müxtəlif məzmunlu təlimlər, qrup işləri, intellektual və əyləncəli oyunlar və digər maraqlı fəaliyyətlər təşkil olunub.

Sonda iştirakçılara göstərdikləri fəallığa görə müxtəlif hədiyyə və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, düşərgənin əsas məqsədi məktəblilərin yay tətilinin səmərəli təşkili, onlara əlavə bilik və bacarıqlar qazandırılması, eyni zamanda yeniyetmələr arasında ətraf mühitə, təbiətə qarşı həssas yanaşmanın təşviq edilməsi idi.