Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycana 17-ci humanitar missiyası həyata keçirilib.

QHT.az xəbər verir ki, 6 gün davam edən missiyada Ağdam rayonunun Quzanlı qəsəbəsi və Bərdə rayonunda 3250-ə yaxın məcburi köçkün və digər həssas qruplardan olan şəxs Yapon optometrist mütəxəssislər tərəfindən göz müayinəsindən keçirilib, 3 mindən çox yüksək keyfiyyətli eynək paylanıb, 150 nəfər üçün isə xüsusi eynəklərin Yaponiyada hazırlanması və bir neçə aydan sonra pasiyentlərə çatdırılması qərara alınıb.

Humanitar yardım BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.