Xarici İşlər Nazirliyi, Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra axtarış-xilasetmə işlərində 9 min 46 xarici personalın iştirak etdiyini açıqlayıb.

QHT.az xəbər verir ki, Nazirlik öz Tvitter hesabında zəlzələ bölgələrinə xaricdən gələn axtarış, xilasetmə və yardım qruplarının son vəziyyəti ilə bağlı məlumat verib.

Yazıda 100 ölkənin yardım təklif etdiyi və 82 ölkənin göndərdiyi axtarış-xilasetmə qruplarının sahədə olduğu bildirilib.

Yazıda sahə üzrə 9 min 46 əcnəbi personalın olduğu, komandanın göndərilməsi gözlənilən ölkələrin sayının 2, gələcək əcnəbi kadrların sayının isə 497 olduğu bildirilib.