"Infozona.az" xəbər portalı fəaliyyətə başladı.
 

QHT.az xəbər verir ki, Azərbaycanda yeni media platforması – Infozona.az xəbər portalı fəaliyyətə başlayıb.
Portal ölkədə və dünyada baş verən ictimai-siyasi, iqtisadi, sosial, mədəniyyət, idman, texnologiya və digər sahələr üzrə operativ, dəqiq və obyektiv xəbərlərin oxuculara çatdırılmasını əsas məqsəd kimi müəyyənləşdirib.


Infozona.az Azərbaycan Respublikasının Media Reyestrində qeydiyyata alınıb və qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərəcək.
 

Qeyd edək ki, saytın baş redaktoru İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynlidir. Qeyd edək ki,  Vüsalə Hüseynli “Zonada” rubrikasi ilə oxucuların görüşünə gələcək. 


Redaksiyadan bildirilib ki, portalda gündəlik xəbərlərlə yanaşı, analitik yazılar, müsahibələr, reportajlar və eksklüziv materiallar da dərc olunacaq. Oxuculara etibarlı informasiya təqdim etmək, peşəkar jurnalistika prinsiplərinə sadiq qalmaq və cəmiyyət üçün əhəmiyyət kəsb edən mövzuları operativ işıqlandırmaq portalın əsas fəaliyyət istiqamətlərindəndir.