Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Bayramov, 84 saylı Füzuli Seçki Dairəsindən seçkilərdə namizədliyinin rəsmi şəkildə qeydə alındığını elan edib.
QHT.az xəbər verir ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad olunan və hazırda quruculuq mərhələsinə daxil olan Füzuli şəhərini də əhatə etməklə, rayonun bütün məskunlaşmış yaşayış məntəqələrində avqustun 9-dan aktiv təbliğat kampaniyasına başlayacağını bildirib.
Deputat, dəyərli seçicilərlə yenidən sıx görüşlərə başlayaraq, seçki kampaniyasının daha da fəal keçirilməsinə töhfə verəcəyini vurğulayıb. Bu müddət ərzində seçicilərin suallarını cavablandıracaq və onların təkliflərini dinləyəcək.
Qeyd edək ki, Vüqar Bayramovun namizədliyi Füzuli rayonunun inkişafı və yenidən qurulması ilə bağlı həyata keçiriləcək layihələrə dəstək məqsədi daşıyır.
Pərvanə Fərhadqızı










