28 aprel akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Göz Müayinəsi Aksiyası keçirilib.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi İstanbul NS Klinikası ilə birgə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş göz müayinəsi aksiyası keçirib. Aksiyadan öncə təşkilat üzvləri, klinikanın həkimləri və işçi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.



Daha sonra İstanbul NS Klinikasında aksiyaya start verilib.
İlk olaraq, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə aksiyanı giriş sözü ilə açaraq Zərifə xanım Əliyevanın fəaliyyətindən, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Daha sonra həkim-oftalmoloq Ergün Rəşidəlizadə aksiyanın məhz Zərifə xanımın doğum günündə baş tutmasının əhəmiyyətini xüsusi vurğulayaraq, savadlı oftamoloqların yetişməsində Zərifə Əliyevanın rolunun böyük olduğunu bildirib.
Gün boyu davam edən aksiyada 150-dən çox şəxs iştirak edib, habelə şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrdən olan şəxslər, əlil və sağlamlıq imkanları məhdud uşaqlar iştirak ediblər.
Müasir avadanlıqlar vasitəsilə pasientlərin kompleks şəkildə göz müayinəsi aparılıb, görmə itiliyi, göz təzyiqi, göz dibi xəstəlikləri yoxlanılıb və müvafiq olaraq müalicə təyin olunub.












