Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub.
QHT.az xəbər verir ki, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1992-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub və 1994-cü ildə hərbi təhsilini başa vuraraq "leytenant" hərbi rütbəsi alıb. 2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxıb. 2020-ci ilin oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək Vətən müharibəsinə qatılıb. Mayor Vüqar Ağayev 44 günlük Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabr ayının 1-də bu istiqamətdə qəhrəmancasına şəhid olub.
Vüqar Ağayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Qubadlının azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.
Ruhu şad olsun!










