Layihə çərçivəsində Vətən Müharibəsində şəhid olan Mingəçevir qəhrəmanları haqqında video materiallar onların ailə üzvlərinin dilindən səsləndirilən məlumatlara əsasən hazırrlanıb.

 

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhəri və ətraf ərazilərdə yaşayan gənclərin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, Vətən Müharibəsində canından keçmiş şəhidlərimiz haqqında məlumatlandırılması və hazırlanmış materialların gələcək nəsillərə ötürülməsinin təmin edilməsidir.

 

 Layihə çərçivəsində hazırlanan video materiallar Mingəçevir şəhidləri haqqında rəqəmsal məlumat bazasının bir hissəsi ola bilər.

 

Birlik rəsmilərindən aldığımız məlumata əsasən layihənin davamlılığı olaraq növbəti mərhələdə çəkilişlərin digər bölgələrdə də davam etdirilməsi planlaşdırılır.