Bu gün 09 yanvar 2023-cü il tarixində “Vərəmsiz Gələcəyə Doğru”İctimai birliyi və STV televiziyası arasında qarşılıqlı əməkdaşlıq üzrə memorandum müqaviləsi imzalanmışdır.

Müqavilə əsnasında tərəflər aralarında mövcud əlaqələrin səviyyəsinin yüksəldilməsi, və möhkəmləndirilməsinə hədəflənən qarşıqlılı maraq və eləcə də tibbi sosial, iqtisadiyyat, habelə elmi və texiniki sahələr üzrə əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırlıması məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq əlaqəli təcrübəsini mənimsəmək fokusunda ölkə səhiyyəsinin inkişafı yollarına, səhiyyə sahəsindəki innovasiyaların tətbiqi və tibb yönümlü layihələrin gedişatının cəmiyyətə çatdırlması istiqamətində qarşılqlı öhdəciliklər götürmüşlər. Hər iki qurum rəhbəri arasında bu istiqamətdə gələcək planlar müzakirə edilmiş və vərəm ilə bağlı vətəndaş cəmiyyətinin əldə etdikləri nailiyyətlərin geniş kütləyə təqdim edilməsi prosesinin birgə qurulacağı məqamlara toxunulmuşdur.

 

Bu memorandum mahiyyət etibari ilə eyni zamanda da göstərilən fəaliyyətlər daxilində hər iki təşkilatın keçirəcəyi təlimlərdə və digər tədbirlərdə qarşılıqlı iştirak etmək kimi addımları nəzərdə tutur.