UNEC Kitabxana İnformasiya Mərkəzi Türkiyənin Antalya şəhərində keçirilən “ANKOSLink 2023” beynəlxalq konfransında təqdim olunub

QHT.az xəbər verir ki, dünyanın müxtəlif ölkəsindən 500-dən çox kitabxana-informasiya və texnologiya mütəxəssisinin qatıldığı beynəlxalq konfransda UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva da iştirak edib.

Konfransda UNEC Kitabxana İnformasiya Mərkəzinin fəaliyyəti, elektron kitabxana, yerli və beynəlxalq elektron resurslara çıxış imkanı, 4 dildə zəngin kitab fondu barədə təqdimat olub.

 

Pərvanə Fərhadqızı