Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən tələbə təşkilatlarının (Tələbə rektor, Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Elmi Cəmiyyəti (TEC), UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi ("İTB" İB), UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatı (İVT), UNEC Könüllüləri Təşkilatı, UNEC Rəqəmsal Könüllülər Təşkilatı, UNEC Future Club) rəhbərlərilə görüş olub.
QHT.az xəbər verir ki, tələbələri maraqlandıran məsələləri, o cümlədən dərslərin vəziyyəti, kitabxanalarda xidmət, yeməkxanada verilən yeməklərin keyfiyyəti və qiymətləri, aralıq imtahanların nəticələrini müzakirə olunub. Tələbələrin də tədbirləri daxil olmaqla UNEC-də keçirilən tədbirlərin təşkili sisteminin təkmilləşdirilmiş variantı təqdim olunub.
Qeyd edək ki, bu görüş, tələbə təşkilatları və universitet idarəsinin daha yaxın əməkdaşlıq mühitini yaratmağa, tələbələrin maraqları və ehtiyacları əsasında təklif olunan təkmilləşdirmələr, tədbirlər və xidmətlər universitet təhsili üçün daha effektiv və təəssüratlı bir təcrübə təmin etməyə nail oldu.
Pərvanə Fərhadqızı












