UNEC- də Elm günləri çərçivəsində növbəti tədbir Kitabxana-İnformasiya Mərkəzinin (KİM) təqdimatında baş tutub.

QHT.az xəbər verir ki, “Tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən müzakirələrdə KİM-in abunə olduğu beynəlxalq verilənlər bazası və jurnallar, rəqəmsal resurslar, digər kitabxanalarla beynəlxalq əməkdaşlıq imkanları, eləcə də rəqəmsal dərslik platformaları, məlumat bazalarından istifadə, saxta jurnal və nəşriyyatlardan qorunmağın yolları ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə tədqiqatçıları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmaqla, mövcud problemlərin həlli istiqamətində müəyyən qərarlar qəbul edilib.