Ölkələrində bir ilə yaxındır davam edən müharibəyə baxmayaraq, dünyanın hər yerindən ukraynalılar Türkiyədə baş verən zəlzələ üçün səfərbər olublar.
QHT.az xəbər verir ki, fotoşəkildə adının Juliana Gurshman olduğu öyrənilən ukraynalı qadının Türkiyəyə göndərdiyi not görünüb.
Qadının qeydində "Donbass və Ukraynadakı müharibələr bizi indiyə qədər görmədiyimiz bir ağrı və kədərə düçar etdi. Ona görə də Türkiyədə insanların itkisini və ağrısını çox yaxşı anlayıram. Siz tək deyilsiniz, bunu unutmayın. Başsağlığımı qəbul edin. Ümid edirəm ki, bu əşyalar fayda verəcək və hansısa ailənin isinməsinə kömək edəcək” bəyanatları daxil edilmişdir












