İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar Mərkəzi ( İSBAM) Xocalı Soyqırımının 30 illiyi münasibətilə layihə həyata keçirir.

İSBAM mətbuat xidmətindən verilən məlumata əsasən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçiriləcək layihə Ukraynada baş tutacaqdır.

Layihə ilə bağlı hazırlıq işləri bu ilin fevral ayının 1-dən başlayıb. Layihə çərçivəsində Xocalı Soyqırımını əks etdirən, anladan müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Layihə fevral ayının 14-dən başlayaraq, ayın sonuna qədər Ukraynanın Kiyev, Xarkov, Dnepr və Nikolayev şəhərlərində keçiriləcəkdir.