Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Kiyev Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyəcəyinə zəmanət verməyə hazırdır, lakin istisnalar var.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna onlardan yalnız Ukrayna hakimiyyətinin özünün hesab etdiyi bölgələrə zərbələr endirmək üçün istifadə edə bilər.
Müdafiə Nazirliyinin rəhbəri onu da qeyd edib ki, Kiyev Qərb ölkələrindən 300 km-ə qədər mənzilli uzaqmənzilli raketlər əldə etməyə çalışır.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, fevralın 3-də ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edə bilər, bu paketə yerüstü GLSDB kiçik diametrli, 151,3 km mənzilli ağıllı bombalar daxildir.
Qəzet qeyd edir ki, bu, ABŞ-ın Ukraynaya verdiyi hər hansı bombadan çoxdur.
Eyni zamanda, Vaşinqton Kiyevi 300 km-ə qədər mənzilli ATACMS raketləri ilə təchiz etməyə hələ hazır deyil.












