Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyənin Ahmet Yesevi Universiteti tərəfindən hazırlanmış “Türk edebiyatı isimler sözlüyü” (Türk ədəbiyyatı adları lüğəti) ensiklopedik kitabının təqdimatı keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Universitetin rektoru professor Ədalət Muradov, Ahmet Yesevi Universitetinin Himayədarlar Şurasının sədri Prof. Dr. Muhittin Şimşek, millət vəkilləri Fazil Mustafa, Fatma Yıldırım, Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, universitetin professor-müəllim heyəti iştirak ediblər.
Qeyd edək ki, ensiklopedik lüğətdə 14700-ə yaxın şair və yazıçı haqqında məlumatlar təqdim edilib. Hər biri 500 səhifə olmaqla, 20 cilddən ibarət olan lüğətin ərsəyə gəlməsində 1500 tədqiqatçı alim iştirak edib. Kitabda türk ədəbiyyatının XIII-XXI əsrlərdə yazıb-yaratmış şair və yazarları haqqında 15 min məqalə yer alıb.
Pərvanə Fərhadqızı












