ABŞ Prezidenti Donald Tramp ABŞ-ın rəqəmsal maliyyə texnologiyasında mövqeyini gücləndirmək və ölkəni “planetin kriptovalyuta paytaxtı” etmək məqsədi daşıyan sərəncam imzalayıb. Bu barədə Ağ Evin saytındakı sənəddə deyilir.
QHT.az xəbər verir ki, sənəddə deyilir: “Prezident Donald Tramp rəqəmsal maliyyə texnologiyası qaydalarına aydınlıq gətirmək və Amerikanın rəqəmsal aktivlər iqtisadiyyatında qlobal lider kimi mövqeyini təmin etmək, innovasiyaları və bütün amerikalılar üçün iqtisadi imkanları inkişaf etdirmək üçün nəzərdə tutulmuş sərəncam imzalayıb".
R.İmanov






