Ankaranın Çubuk şəhərində təcrübəçi işlədiyi inşaatın 6-cı mərtəbəsindən liftin şaxtasına düşən Eren Alperen Kocayavuz həyatını itirib.

QHT.az xəbər verir ki, hadisə günorta saatlarında Atatürk məhəlləsi, Qurbantəpə küçəsində baş verib. 15 yaşlı oğlan təcrübəçi olduğu tikintidə müvazinətini itirərək 6-cı mərtəbədən liftin şaxtasına yıxılaraq ağır yaralanıb.

İnşaat işçilərinin xəbəri üzərinə ünvana polis və sağlamlıq qrupları sövq edildi. Hadisə yerində ilk tibbi yardım göstərildikdən sonra Xəstəxanaya çatdırılan oğlanı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Pərvanə Fərhadqızı